Azərbaycanda pandemiyanın əsas təsir etdiyi sahələrdən biri də avtomobil bazarıdır. Belə ki, 2020-ci ilin II rübündən etibarən yaranan vəziyyət həm yeni, həm də ikinci əl avtomobil bazarında satışları kəskin azaldıb. “MediaPost”un əldə etdiyi məlumatlara əsasən hətta bəzi premium markalar 50%-dən çox azalıb. Bununla belə qiymətlərdə ciddi eniş nəzərə çarpmır.
Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev “MediaPost”a müsahibəsində avtomobil bazarındakı son vəziyyəti dəyərləndirib.