Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA-nın yeni üzvü

Azərbaycan avtomobil biznesinin təməlçilərindən olan Performance Center AADA - ya üzv olmaq barədə qərarını elan etdi. 

Performance Center şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.
2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.
2019-cu ilin avqust ayında isə Performance Center şirkəti Özbəkistan istehsalı olan Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütorluğunu aldı və satışlarını həyata keçirməyə başladı.
2019-cu ilin noyabr ayından etibarən isə Performance Center şirkəti Çinin JAC və Baic avtomobillərinin   Azərbaycandakı rəsmi distribütorluğunu aldı və satışlarını həyata keçirməyə başladı. 
Performance Center həmçinin bu avtomobillərin texniki xidməti və ehtiyat hissələrinin sifarişi ilə məşğuldur. 

Performance Center şirkətinin daxil olması ilə AADA sıralarında təmsil olunan dünya şöhrətli avtomobil markalarının sayı 40-a çatdı. Rəsmi avtomobil istehsalçı, idxalçı və dilerlərin təşkilatlanması prosesi davam etməkdədir. Xatırladaq ki, AADA ictimai birlik olaraq, ölkədə avtomibil parkının yenilənməsi, müasir təhlükəsiz və ekoloji avtomobiılərin təşviqi istiqamətində araşdırmalar aparır və təkliflər hazırlayır, hökümət və qeyri hökümət təşkilatları ilə əməkdaşlıq edir.


Son Xəbərlər