10 May tarixində baş tutmuş Azərbaycanda ilk Eko-Avto-Yürüşə qatılan media nümayəndələri arasında AADA olaraq, maraqlı müsabiqə elan etdik. Müsabiqənin şərtlərinə görə iki qalibin adlarını sizə təqdim edirik:
1-ci yer - “Xəzər”televiziyasının Xəbərlər departamentinin əməkdaşı Ülkər Qasımqızı
2-ci yer - “sonxeber.az” saytının əməkdaşı Zaira Akif qızı (instagramda nick name: miss_shia012) Qaliblərə mükafatlar (hər birinə 2 nəfərlik 1 günlük istirahət kuponu) 28 may Respublika günündə təqdim ediləcək. Qalibləri təbrik edir, digər iştirakçılarada təşəkkürümüzü bildiririk.
P.S. AADA üç həvəsləndirici mükafat da nəzərdə tutmuşdur. Beləki, Avqust ayında keçiriləcək ənənəvi "Caspian Motor Show" avtomobil sərgisində bir neçə media nümayəndəsi akreditasiya əsasında 3 gün şounu işıqlandırmaq və istirahət etmək hüququ qazanacaqdır. Onların adları 28 May tarixində elan ediləcək.
Foto: Azərbaycan Avtomobil Federasiyası