Noyabrın 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarışlarından biri - V1 Challenge seriyalarından olan yarış və drift şou keçirilib.
İlk dəfə keçirilən V1 Challenge Bakı kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.
V1 Challenge Bakı kubokunda ən yaxşı vaxt nəticələri göstərən ilk 3 pilot kubokla təltif olunub. Drift şou pilotlarından da ilk 3 iştirakçıya kubok və sertifikatlar verilib. Qaliblərin sırasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin üzvü Adil Axundovun yer almasından qürur duyuruq ona davamlı qələbələr arzulayırıq.
Foto: AAF