Xəbərlər

Ana səhifə / Xəbərlər

"Azərmaş"dan RƏSMİ AÇIQLAMA


“Azərmaş” şirkəti avtomobilinin əlindən alındığı iddia olunan hərbçi ilə bağlı rəsmi açıqlama ünvanlayıb.

"MediaPost" bu mürəciəti təqdim edir:
Son günlərdə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə “Azərmaş” şirkətinin adının hallandırıldığı məsələ ilə bağlı bildiririk ki, “Azərmaş” şirkəti ilə Məmmədov Anar Qurban oğlu arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən “KHAZAR SD” markalı, 99-PF-436 dövlət qeydiyyat nişanlı avtomobil Anar Məmmədovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Ölkəmizdə tətbiq edilən hərbi vəziyyətdən əvvəlki dövrdə A.Məmmədov öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və yalnız bundan sonra gecikdirilmiş öhdəliklər icra edilib.

Məmmədov Anar Qurban oğlunun hərbi xidmətdə olduğu zaman onun həyətindən “Azərmaş” şirkəti tərəfindən avtomobilin aparılması ilə bağlı isə bildiririk ki, 09 noyabr 2020-ci il tarixdə Anar Qurban oğlu Məmmədov lizinq obyekti olan avtomobili idarə edən zaman BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində 3623149 saylı İXP tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmiş və avtomobilin BDYPİ-nin duracağına yerləşdirilməsi təmin edilib. 

A.Məmmədov video çıxışında qeyd etdiyi kimi hərbi xidmətə könüllü getməyi və yaralanması ilə bağlı isə bildiririk ki, Məmmədov Anar Qurban oğlu hərbi xidmətə könüllü getməmiş, 30 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb edilmişdir (Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi tərəfindən verilmiş Arayış əlavə olunur. İkinci yalan). 230 nömrəli hərbi hissənin təqdim etdiyi 26 oktyabr 2020-ci il tarixli Çıxarış Epikrizin surətindən görünür ki, Anar Məmmədov 11 oktyabr 2020-ci il tarixində tibbi hissəyə müraciət etmiş və özünün dediyinə görə müraciət etdiyi gündən 5 gün əvvəl (xidmətin cəmi 6-cı günü) Ural markalı avtomobildən yıxılmışdır (Çıxarış Epikrizin və Arayışın surəti əlavə olunur). Tibbi hissə Məmmədov Anar Qurban oğluna “kəskin kolon divertikulyoz divertikuliti, “B” virus hepatiti replikasiya mərhələsi, büzdümün küt travması və yumuşaq toxumanın əziyi” diaqnozu qoyaraq, 15 (on) beş gün müddətində məzuniyyət verilməsi üçün göstəriş verib. Qeyd olunanlar təsdiq edir ki, A.Məmmədovun dediyi kimi döyüş əməliyyatı zamanı yaralanmamış, mədə və bağırsaq xəstəlikləri və həmçinin qaraciyərində olan xəstəliklər və büzdümün küt travması və yumuşaq toxumanın əziyi səbəbindən müvvəqqəti olaraq hərbi xidmətdən evə buraxılıb.

Bütün bunlar və Vətən müharibəsindən əvvəlki dövrdə yalnız Məhkəməyə müraciət edildikdən sonra ödənişlərin edilməsi A.Məmmədovun hazırki vəziyyətdən sui-istifadə etməsini və məqsədinin öhdəlikdən yayınmaq olduğunu sübut edir. Göstərilənlərə baxmayaraq “Azərmaş” şirkəti Vətən müharibəsi və hal-hazırki dövrə qədər Məmmədov Anar tərəfindən öhdəliklərin icra edilməsi üçün heç bir tədbir görməyib.





Son Xəbərlər