AADA 3 oktyabr Toplantısı
3 oktyabr 2019-cu il tarixində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) növbəti (payız) Ümumi Toplantısı baş tutdu. Toplantıda aşağıdakı avtomobil istehsalçılarının rəsmi idxalçıları, diler və distribyuterləri iştirak etdi:
Auto Azərbaycan (Hyundai), Auto Capital (Mercedes-Benz), Autolux (Jeep, Dodge, Chrysler, Jaguar, Land Rover, Fiat, Abart, Alfa
Romeo, Ferrari, Aston Martin, Lamborghini ), Avtouniversal (FİAT Professional), AzerMash (Khazar, GAZ), Cahan Motors (Opel, NAZ Lifan), European Cars (Audi), Group Motors (Mazda, Mitsubishi, Honda, Toyota), İmprotex Motors (BMW, Rolls-Royce, Mini, MAN), Kia Motors (Kia), Nurgun Group (Ford, Nissan, İnfiniti, Renault), Sirena Motors (BAİC, GAC, Changan), Toyota Caucasus LLC (Toyota, Lexus), Xəzər-Lada (Lada). Bentley Baku və Azərmaş təmsilçiləri toplantı ilə telefon əlaqəsi saxlayaraq gündəlikdə əks olunmuş məsələlər və qəbul olunmuş qərarları dəstəklədiklərini bildirdilər.
Toplantının sədri - Natiq Zərbəliyev (AADA-nın sədri) Toplantının katibi - Vüqar Bayramov (İdarə heyətinin üzvü)
Toplantının gündəliyi:
- AADA-nın 4 iyun toplantısından sonra İdarə Heyəti tərəfindən görülmüş işlər, hökümət və qeyri hökümət təşkilatları ilə kontaktlar, onlara ünvanlanmış təkliflər, keçirilmiş müzakirələr və dəyirmi masalar barədə hesabat.
- AADA-nın daimi fəaliyyət göstərən təşkilat kimi gücləndirilməsi üçün labüd olan tədbirlər, təbliğat və təşviqat işlərinin genişləndirilməsi, KİV-lərlə əməkdaşlığın intensivləşdirilməsi, rəsmi internet saytının yaradılması, daimi çalışan ofisin və katibliyin təsis edilməsi və s. təşkilatı məsələlər.
Gündəliyin 1-ci məsələsinə dair məruzə etdilər: Natiq Zərbəliyev, Vüqar Byramov, Vasif Əliyev, İlham Məsiyev.
Məruzəçilər son toplantıdan sonra görülən işlər barədə məlumat verdilər. Qeyd etdilər ki, Azərbaycan Respubliklasının Prezidenti İlham Əliyevin imzaladığı «2019-2023-cü illərdə nəqliyyatda təhlükəsizliyə dair Dövlət Proqramı»nın həllinə yönəlmiş tədbirlər
çərçivəsində, AADA uzun sürən müzakirələrdən sonra xüsusi təkliflər paketi hazırlamış və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfedederasiyası (ASK), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Avtomobil Federasiyası, İqtisadiyyat Nazirliyi, Ekoligiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti kimi dövlət orqanları və ictimai qurumlara təqdim etmişdir. Bu təkliflər eyni zamanda ökənin avtomobil sektorunda yaranmış vəziyyətin sağlamlaşdırılması və stabilləşdirilməsinə xidmət etməlidir. Sonrakı dövrdə bütün keçirilmiş görüş və müzakirələr onu deməyə əsas verir ki, bu təkliflərin layiqincə dəyərləndirilməsi və dəstəklənməsi üçün AADA ilk növbədə bir təşkilat və biznes-birlik kimi püxtələşməli, fəallığıını artırmalı, dövlət strukturları və ictimaiətlə əlaqələrini gücləndirməlidir. Bunun üçün KİV-lərdə və sosial mediada mütamədi olaraq, təşviqat xarakterli materiallar da dərc olunmalıdır.
Gündəliyin 2-ci məsələsi ilə əlaqədar Natiq Zərbəliyev məruzə edərək, qeyd etdi ki, 1999- cu ildə Təsis toplantısını keçirmiş, 2004-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış AADA uzun illər qeyri-formal təşkilat kimi fəaliyyət göstərmiiş, mütamadi olaraq müxtəlif səpgili tədbirlər həyata keçirmişdir. Belə təqbirlərdən 1999-cu ildə «Azərbaycan-28 May» adı altında Mədəniyyət və Turizm nazilriyi ilə birgə ölkədə ilk dəfə keçirilmiş avtomobil yürüşü, 2002-ci ildən hər il təşkil olunan «Caspian Motor-Şou» avtomobil sərgiləri, 2008-ci ildə gerçəkləşdirilmiş «İlhamla İrəli» avtomobil yürüşü, hər il avtomobil dilerlərinə təqdim olunan «Qızıl Çarx» mükafatı və s. layihələri misal gətirmək olar.
N.Zərbəliyev vurğuladı ki, Azərbaycan Prezidentinin imzaladığı «2019-2023-cü illərdə nəqliyyatda təhlükəsizliyə dair Dövlət Proqramı»na daxil olan məsələlərin həllində aktiv iştirak etmək, son illər avtomobil sektorunda yaranmış durğunluğa müsbət təsir göstərmək üçün AADA-nın daimi fəaliyyət göstərən komandası, mənzil- qərargahı və qarşıda duran vəzifələrin icrası üçün müəyyən vəsaiti olmalıdır. Belə ki, AADA adlanan ictimai təşkilatın yeni inkişaf pilləsinə yüksəlməsinə ehtiyac duyulur və bunun üçün rəsmi avtomobil dilerlərinin dəstəyi və istəyi lazımdır.
Bu məsələ ilə əlaqədar müzakirələridə toplatının iştirakçıları:
Vüqar Bayramov, Nasir Seyidzadə (Auto Azərbaycan), Elmar Rəsulov, İsmayıl Məmmədov (Kia Motors az.), Eldəniz Məmmədov (Auto Capital), Azər Cəlilov (Autolux), İlham Məsiyev (Avtouniversal), Adilil Axundov (Cahan Motors), Əli Əhədov (European Cars), Fuad Qəhrəmanov (Group Motors ), Bayram Yaqubov (İmprotex Motors ), Vasif Əliyev, Rəşad Əzizov (Nurgun Group), Eyyub Əliyev (Sirena Motors), Rəşad Saracov (Toyota Caucasus LLC), Şamsudin Şamsudinov (Xəzər-Lada) çıxış edərək bildirdillər ki, ölkə miqyasında icrasına start verilmiş «2019-2023-cü illərdə nəqliyyatda təhlükəsizliyə dair Dövlət Proqramı»nda rəsmi avtomobil dilerlərinin fəaliyyəti ilə üst-üstə düşən vəzifələrin daha effektiv həyata keçirilməsi, ölkədə avtomobil parkının yenilənməsi, ətraf mühitə ziyanlı və istismarı təhlükəli olan nəqliyyat vasitərlənin idxalının məhdudlaşdırılması, yeni avtomobillərin əhali üçün əlverişli maliyyə sxemləri ilə alınması, sərfəli kredit və lizinq şərtlərinin yaradılması, ekoloji cəhətdən təmiz, hibrid və elektrik avtomobillərin təşviqi və s. məsələləri stimullaşdıracaq qanun və normativ sənədlərin hazırlanmasında AADA-nın aktiv iştirakı üçün təşkilatın daimi ofisi, katibliyi, internet saytı, mətbuat və marketinq xidmətləri fəaliyyət göstərməlidir. Çıxış edənlər eləcə də AADA-nın 4 İyun tarixli Ümumi Toplantısında yenidən seçilmiş Sədr, İdarə Heyəti və NTK - ya təşkilatın Nizamnamə vəzifələrini (missiyasını) həyata keçirməsində uğurlar arzuladılar.
Toplantıda ümumi səsvermə yolu ilə (yekdilliklə )qərara alındı:
1. AADA sədri və Idarə Heyətinin 4 İyun toplantısından sonra gördüyü işlər məqbul dəyərləndirilsin. Növbəti mərhələdə görüləcək işlər barədə cəmiyyəti məlumatlandırmaq üçün KİV və sosial mediadan geniş istifadə edilsin. Qarşına qoyduğu hədəflərə çatmaq üçün AADA bu məsələlərdə maraqlı olan bütün hökümət və qeyri-hökümət təşkilatları ilə daimi əlaqələri genişləndirsin. Ölkə avtomobil bazarının potensialını araşdırmaq və müvafiq biznes-proqnozlar qurmaq məqsədilə AADA üzvləri öz satış göstəricilərini hər rübün sonunda AADA-nın bazar araşdırmaları və mareketinq mərkəzinə ünvanlasın, mərkəz isə öz növbəsində toplanmış bütün informasiyanı sistemləşdirərək vahid paket şəklində AADA üzvlərinə təqdim etsin.
2019-cu ilin oktyabr ayından başlayaraq AADA-nın daimi ofisi, katibliyi, mühasibatı, bazar araşdırmaları və marketing, ictimai əlaqələr və sosial media şöbələri fəaliyyətə başlasın. Birliyin daimi və effektiv fəliyyətini təmin etmək üçün AADA üzvləri üzvlük haqqı ödəsin. AADA-da üzvlük haqqı 1 (bir) ay üçün 340 AZN təşkil etsin. Üzvlük haqqı və digər cəlb ollunmuş vəsaitlərin AADA-nın nizamnamə vəzifələrinin həyata keçirilməsinə sərf olunmasına nəzarəti AADA-nın 4 İyun 2019-cu il Ümumi Toplantısında seçilmiş Nəzarət-təftiş komissiyası (NTK) həyata keçirsin. AADA-nın növbəti Ümumi Toplantısı 2019-ci ilin Dekabr ayında çağırılsın.