Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA tərəfdaşlığı ilə “Ekonəqliyyata keçid” sərgisi keçirilib


Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 May 2024-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi  baş tutub. Sərginin keçirilməsində məqsəd ekoloji cəhətdən təmiz elektrik və hibrid nəqliyyat vasitələrini təşviq etmək, sektor üzrə aparıcı maraqlı tərəfləri birləşdirmək, ekoloji nəqliyyata keçiddə peşə təhsilinin rolunu vurğulamaq və sərgi iştirakçıları, investorlar və geniş auditoriyaya şəbəkələşmə imkanı yaratmaqdan ibarətdir.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri, Bakıda yerləşən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, elektrik və hibrid avtomobilləri, elektrik velosipedləri, elektrik skuterləri istehsal edən və satışını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri və bərpaolunan enerji üzrə ekspertlər iştirak ediblər.

Tədbir zamanı AADA üzvləri, Azərbaycanda rəsmi idxalçılar tərəfindən son model elektrik avtomobilləri nümayiş etdirib. Avtomobillər tələbələrin böyük marağına səbəb olub.


Son Xəbərlər