Xəbərlər

Ana səhifə / Xəbərlər

Ekoloji avtomobillər və gələcəyə baxış


Beynəlxalq Avtoidman Federasiyası (FİA) prezidenti Mohammed Ben Sulayem Azərbaycan məktəblilərinə diplomlar təqdim etdi. 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə Azərbaycan avtomobil dilelrləri assosiasiyasının (AADA) elan etdiyi «Gələcəyin ekoloji avtomobili» rəsm müsabiqəsinə Heydər Əliyev Mərkəzində yekun vuruldu. Xatırladaq ki, məktəblilər arasında təşkil olunmuş «onlayn» müsabiqə AADA-nın «Yaşıl ölkə» layihəsinin tərkib hissəsidir.  

Bu layihə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Priorotetlər" adlı sərəncamının 5-ci bəndinə, "Təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində həyata keçirilir. Beləki, layihəyə 10 May tarixində Bakı-Mingəçevir marşrutu ilə ölkədə ilk ekoloji avtomobillərin yürüşü ilə start verildi. Ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək istiqamətində növbəti tədbir rəsm və dizayn müsabiqəsi oldu. Məktəblilərə tapşırıq verildi ki, gələcəyin avtomobilini təsvir etsinlər, elə bir avtomobili ki, ətraf mühitə heç bir ziyan vurmur, təbiətlə tam harmoniya şəraitində işləyir. Müsabiqəyə qatılmaq üçün öz əl işini İnstagram-da AADA-nın rəsmi səhifəsini işarələməklə dərc etmək yetərli idi. Müsabiqənin şərtlərinə uyğun göndərilmiş 50-yə yaxın rəsmləri hazırda ölkədən xaricdə çalışan məşhur avto-dizayner Samir Sadıxovun «onlayn»başçılıq etdiyi münsiflər heyəti qiymətlərndirdi. Nəticədə 3 əsas və 3 həvəsləndirici mükafatların sahibləri müəyyən oldu: 1-ci yerə Əli Mürsəlov, 2-ci yerə Nuru Nuran, 3-cü yerə Xanım Əsədova layiq görüldü. Daha üç məktəbli - Afşin Sadıqzadə, Gülay Məmmədova və Xəyal Agu həvəsləndirici mükafatlar aldılar. 

Heydər Əliyev Mərkəzinə dəvət edilmiş qaliblər üçün ilk növbədə burada fəaliyyət göstərən Klassik avtomobillər sərgisinə tur təşkil olundu. Məktəblilərə burada sərgilənən 100-ə yaxın unikal və tarixi avtomobillər barədə məlumat verildi. Ekskursiyadan sonra  Formula-1 üzrə Azərbaycan qran-prisi münasibətilə ölkəmizdə səfərdə olan FİA prezidenti Mohammed Ben Sulayem və AAF prezidenti Anar Ələkbərov ilə görüş baş tutdu. AADA sədri Natiq Zərbəliyev onlara müsabiqə və qaliblər barədə məlumat verdikdən sonra, məktəbli uşaqlara diplom və pul mükafatları təqdim olundu.

AADA sədri N.Zərbəliyevin verdiyi məlumata görə «Yaşıl ölkə» layihəsi çərçivəsində tezliklə daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn İyul ayında Qəbələdə gerçəkləşəcək ənənəvi «Caucasus Motor-Show 2022» sərgisi çərşivəsində ekoloji avtomobillər mövzusunda AADA-nın konfransı planlaşdırılır.        
 
AADA-nın mətbuat xidməti






Son Xəbərlər