Ötən həftə sonu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) yaz toplantısı baş tutdu.
Ölkəmizdə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtomobillərin yürüşü baş tutacaq.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) elan edir: «Gələcəyin Ekoloji Avtomobili» uşaq rəsm müsabiqəsi!
Ölkəmizdə sivil avtomobil bazarının inkişafında yaranmış durğunluğu aradan qaldırmaq, xarıcı ölkələrdən yararsız nəqliyyat vasitələrinin kütləvi idxalını məhdudlaşdırmaq, əhalidə yeni avtomobillər almaq istəyini stimullaşdırmaq istiqamətində son illər gördüyümüz işlər öz bəhrəsini verməyə başladı. Yeni hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən, eketromobillər isə həm də gömrük rüsumundan azad edildi. 7 ildən çox yaşı olan avtomobillərin idxalına əmsal tətbiq olunmağa başlandı. Ekoloji avtomobillərin satışı üçün xüsusi kredit şərtləri təklif olundu. Şübhəsiz bizim təşkilatın apardığı araşdırmalar, hökümətə dəfələrlə ünvanladığımız təkliflər, bütün aidiyyatlı platformalarda aktiv iştirak etdiyimiz müzakirələr, KİV-lər və sosial media vasitəsilə formalaşdırdığımız ictimai rəy - bütün bunlar lazımi qərarların qəbul olunmasına təsirini göstərməyə bilməzdi. Əlbəttə görüləcək işlər hələ çoxdur, lakin hadisələrin gedişatı göstərir ki, bizim assosiasiya özəl avtomobil sektoru ilə hökümət orqanlarını əlaqələndirmə kimi missiyanı uğurla davam etdirir. Bununla yanaşı marketinq xidmətimiz avtomobil bazarındakı tendensiyaları daim monitorinq edir, rəsmi dielrlərin satış göstəricilərini toplayır, sistemləşdirir və AADA üzvlərinə təqdim edərək, avtobiznes subyektləri arasında informasiya «körpüsü» funksiyasını uğurla həyata keçirir.
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər proqramında yer almış «təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi» bəndi yaxın gələcəkdə rəsmi avtomobil idxalçılarının çiyninə yeni və olduqca məsuliyyətli vəzifələr qoyur. Ölkə avtomobil parknın yenilənməsi, hərəkətin təhlükəsizlik səviyyəsinin yüksəlməsi və ekoloji durumun sağlamlaşması istiqamətində səylərimizi durmadan davam etdirməliyik. Beləliklə, 2023-cü ildə devizimiz dəyişməz olaraq qalır: «Müasir, ekoloji, təhlükəsiz avtomobillər idxal etmək… Əhali üçün sərfəli satış şərtləri axtarmaq.»