Xəbərlər

Ana səhifə / Xəbərlər

"Gələcək üçün Assosiasiyalar” Akademiyası ilə görüş

19 sentyabr 2023-cü il tarixində  "Gələcək üçün Assosiasiyalar" Akademiyasının “Peer learning” komponenti çərçivəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) öz ofisində proqramda iştirak edən Assosiasiyalarla görüş keçirilmişdir.

Görüşdə  AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev, icraçı direktor Eyyub Əliyev və kommunikasiya üzrə direktor Ramin Musayev iştirak etmişdir. 

Natiq Zərbəliyev AADA-nın yaradılma və fəaliyyəti ilə bağlı təcrübələrlə bölüşmüşdür. 

Görüşün təşkilarçısı #AMFA-nın rəhbərliyi Jalə Hacıyeva, Kristina Məmmədovaya və əməkdaşlarına təşəkkürümüzü bildiririk.


Son Xəbərlər