Xəbərlər

Ana səhifə / Xəbərlər

Caspian Motor-Show” bu il “Sea Breeze”də keçiriləcək

26-28  iyun 2026-ci il tarixində növbəti “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq.

AADA bu avtoşounu Azərbaycsn Avtomobil Federasiyasının təşkilati dəstəyi ilə həyata keçirir. “Caspian Motor-Show” - unikal sərgidir. 2003-cü ildən başlayaraq, tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında baş tutur. 
“Caspian Motor-Show” 2023-cü ildə Sea Breeze-də , 2025 ci ildə isə Dəniz kənarı Milli park ərazisində keçirilib. Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, rəsmi distribütor və diler şirkətləri  iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdiriləcək. Qeyd edək ki, avtoşounun ziyarətçiləri arasında ənənəvi olaraq, müxtəlif müsabiqələr təşkil olunur, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılır. Bir sözlə “Caspian Motor-Show” hər zaman olduğu kimi əsl avtomobil bayramına çevriləcək.


Son Xəbərlər