Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA: Konstruktiv dialoq


Bu həftə AADA-nın növbəti toplantısı baş tutdu. 
Toplantıda təşkilatın Azərbaycan Respublikası Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsinə ünvanlamaq üçün hazırladığı təkliflər paketinə baxıldı. Rəsmi dilerlərin «trade-in» sistemi ilə avtomobil alış-satışı zamanı ikiqat vergi ödəməsi, avtomobil idxal edən fiziki şəxslər, yaxud «boz» dilerlər üçün yaranan fəqrli vergi imlkanları, xarici ölkələrdə avtomobillərin müvəqqəti idxalı və re-eksport təcrübəsi, ekoloji və təhlükəsizlik baxımından istismara yararslz avtomobillərin idxalına nəzarətin gücləndirilməsi yolları, avtomobillərə texniki baxış prosesində lisenziyalı servis mərkəzlərinin iştirakının effektivliyi, avtomobil biznesinin fərdi və korporativ müştəriyə yeni təkliflərlə yönəlməsi, ölkədə «karşerinq» kimi innovasion xidmətlərin yaranması və inkişafına təkan verilməsi, hibrid və elektromobillərin təşviqi və s. kimi mövzular müzakirə predmeti oldu. Assosiasiya üzvləri  konstruktiv dialoq şəraitində öz fikrilərini bildirdilər.


Son Xəbərlər