AADA-nın növbəti Ümumi Yığıncağı 3 oktyabr 2019-cu ildə keçirildi. Toplantıda ümumi səsvermə yolu ilə (yekdilliklə) aşağıdakılar qərara alındı:
AADA sədri və Idarə Heyətinin 4 İyun toplantısından sonra gördüyü işlər məqbul dəyərləndirilsin. Növbəti mərhələdə görüləcək işlər barədə cəmiyyəti məlumatlandırmaq üçün KİV və sosial mediadan geniş istifadə edilsin.
Qarşına qoyduğu hədəflərə çatmaq üçün AADA bu məsələlərdə maraqlı olan bütün hökümət və qeyri-hökümət təşkilatları ilə daimi əlaqələri genişləndirsin.
Ölkə avtomobil bazarının potensialını araşdırmaq və müvafiq biznes-proqnozlar qurmaq məqsədilə AADA üzvləri öz satış göstəricilərini hər rübün sonunda AADA-nın bazar araşdırmaları və marketinq mərkəzinə ünvanlasın, mərkəz isə öz növbəsində toplanmış bütün informasiyanı sistemləşdirərək vahid paket şəklində AADA üzvlərinə təqdim etsin.
2019-cu ilin oktyabr ayından başlayaraq AADA-nın daimi ofisi, katibliyi, mühasibatı, bazar araşdırmaları və marketing, ictimai əlaqələr və sosial media şöbələri fəaliyyətə başlasın.
Birliyin daimi və effektiv fəaliyyətini təmin etmək üçün AADA üzvləri üzvlük haqqı ödəsin. Üzvlük haqqı və digər cəlb olunmuş vəsaitlərin AADA-nın nizamnamə vəzifələrinin həyata keçirilməsinə sərf olunmasına nəzarəti
AADA-nın 4 İyun 2019-cu il Ümumi Toplantısında seçilmiş Nəzarət-təftiş komissiyası (NTK) həyata keçirsin.