Blogger Ramin Musayev yazır
Təzə avtomobillər almaq üçün gömrük xərcləri endirilməli və avtokreditlər 20 faiz ilkin ödənişlə verilməıidir. Əks halda Amerika və Avropanın metal tullantılarının altında qalacağıq...
Düşünürəm materialın müəllifi, tanınmış avto-jurnalist və bloqer
Рамин Мусаев qəsdən bu yazı üslubunu seçib: zamanın və sosial şəbəkə istifadəçiıərinin tələbi budur. Nə qədər sadə və əyləncəli kontent təklif etsən, o qədər geniş internet-kütlə diqqətinə nail olacaqsan. Bu günki auditotiyanı isə maraqlandıran əsas məsələlərdən biri budur: GÖRƏSƏN NƏ VAXTA QƏDƏR TƏZƏ AVTOMOBİL ALMAQ
ŞANSINI YUXUDA GÖRƏCƏYİK?!
NƏ VAXTA,QƏDƏR ƏHALİNİN ƏKSƏR HİSSƏSİ ÜÇÜN TƏZƏ MAŞIN ƏLÇATMAZ ARZU OLACAQ?!.
Natiq Zərbəliyev
•••••••••
Bomba maşın
Dünən Onkologiya Mərkəzinə getmişdim, iynə atsan yerə düşməzdi.
Bomba maşınlar - son vaxtlar ölkəyə kütləvi gətirilən köhnə avtomobillərdir. Çanki, bir müddətdən sonra ekologiya elə partlayacaq ki, gələcək bir neçə nəsil xəstə olacaq. Köhnə avtomobillərin atmosferə atdığı zərərli maddələr onlkologiya xəstəlikləri yaradır.
Çox tupoy vaxtda yaşayırıq, xalq özü özünü öldürür. Hamının maşını olsun fikri ilə zibil maşınlar ölkəyə gətirilir.
Amerikada hamının maşını var, çünki çox gözəl kredit sistemi var. İstəyirsən, lap Porsche al, amma servis xərclərini və sığoranı ödəyə biləcəksənsə. Bizdə isə 40-50% ön ödəmə eləməklə, yeni avtomobillərin satışına böyük zərbə vuruldu. Hamı yeni maşın alardı, amma 25% qiymətinə köhnə Prius alıb, taksovatdıx eliyir.
Bizim xalx heç vaxt gələcəyi düşünmür, bunu yolların xəritəsində və şəhərsalma planında görmək olar. Elə ona görə, şəhərdə bir küçə bağlananda, bütün şəhərdə probka olur.