Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA: Qalstuksuz görüş, faydalı dialoq


Azərbaycanda avtomobil sektorunun inkişafı, bu sahədə mövcud olan problemlər və onların həlli yollarının araşdırılması, ölkə avtomobil parkının yenilənməsi, ətraf mühitin qorunması, yollarda təhlükəsizlik səviyyəsinin yüksəlməsi, əhali arasında sürücülük və piyada mədəniyyətinin aşılanması - bütün bu mövzular Azərbaycan avtomobil dilerləri Assosisiyasının (AADA) toplantısında (Avqust, 2021-ci il) müzakirə olundu. Görüş AADA-nın İdarə Heyətinin təşəbbüsü ilə paytaxtımızın populyar çay evlərindən birində təşkil olunmuşdu. Formata görə qeyri-rəsmi, necə deyərlər «qalstuksuz görüş» olduğuna baxmayaraq, səslənən ideyalar və baş tutan fikir mübadiləsini nəzərə alsaq, bu tədbir assosiasiyanın rəsmi yığıncaqlarından, canlı və virtual konfranslarından heç də geri qalmadı. Görüşdə assosiasiyanın gördüyü işlər müzakirə olundu və yaxın gələcəkdə birliyin fəaliyyətində ən önəmli istiqamətlər müəyyənləşdirildi. Qeyd olundu ki, ölkədə sivil avtomobil bazarının inkişafına yönəlmiş təşəbbüslər ətrafında müsbət ictimai rəy formlaşdırmaq üçün mətbuat orqanları ilə daha sıx əməkdaşlıq etmək AADA-nın prioritet vəzifələrindən olmalıdır. Təşkilatın qarşısında duran hədəflərə nail olmaq üçün qanunverivci və icraçı hökümət qurumları ilə yeni növ kommunikasiyalar yaratmaq və davamlı şəkildə əməkdaşlıq etməyin vacibliyi xüsusilə vurğulandı. Görüş iştirakçıları bütün çətinliklərə baxmayaraq, ölkə avtomobil sektorunda davamlı inkişafa nail olmaq, satış göstəricilərini artırmaq, iş yerlərini qoruyub saxlamaqda israrlı olduqlarını qeyd etdilər. Avtomobil dilerləri arasında səmimi söhbət və faydalı təcrübə mübadiləsi baş tutdu. Qərara alındı ki, bu formatda AADA üzvlərinin ünsiyyəti mütamadi olaraq təşkil olunsun. 


Son Xəbərlər