Xəbərlər

Ana səhifə / Xəbərlər

FIA prezidenti Məhəmməd Ben Sulayemin oğlu avtomobil qəzasında həlak olub


FIA prezidenti Məhəmməd Ben Sulayemin oğlu Saif Ben Sulayem avtomobil qəzasında həlak olub. Dubayda baş vermiş faciəvi qəza barədə məlumatı bir sıra KİV-lər xəbər versələr də, sonradan bu məlumat federasiya tərəfindən təsdiqlənib.

Saif özünü avtomobil idmanında da sınamışdı. O, gələcək Formula-1 pilotları Loqan Sarcent və Oskar Piastri ilə birlikdə 2016/2017-ci ildə Formula 4 çempionatında çıxış etmişdi. Saif Ben Sulayem bir neçə dəfə yeddinci və səkkizinci yeri tutmuş, ancaq beynəlxalq karyerasını davam etdirməməyə qərar vermişdi.

AADA adından cənab Məhəmməd Ben Sulayemə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət etsin!


Son Xəbərlər