"Toyota Motor Europe” Azərbaycandakı rəsmi dileri müştəri məmnuniyyəti mükafatına layiq görülüb.
Bu barədə Azadpress.az saytına "ISR Auto" şirkətindən xəbər verilib.
Hər il keçirilən ənənəvi “Ichiban” müştəri məmnuniyyəti mükafatı “Toyota Bakı Mərkəzi”nə də bu il təqdim olunur. "Toyota"nın distrübütoru "Toyota Caucasus” şirkətinin prezidenti Mitsuru Konushi bu haqda Toyota Bakı Mərkəzinin baş direktoru Pərviz Qafarlıya təbrik məktubu göndərib. Mərkəzin satış,servis,ehtiyat hissələri və müştər məmnuniyyətini beynəlxalq mütəxəssislər 2019-cu ilin yekunlarına görə yüksək balla qiymətləndirib.
“Toyota Bakı Mərkəzi” 2006-cı ildən “Toyota"nın Bakıda ilk rəsmi dileridir. 2014-cü ilin iyun ayında şirkət "Toyota Caucasus” şirkəti tərəfindən ay ərzində ən çox satış göstəricisi sertifikatı ilə təltif olunmuşdu. 2015-2016-cı illərdə də “Toyota Bakı Mərkəzi" "Toyota"nın Avropada ən yaxşı dileri kimi mükafata layıq görülmüşdü. 2015-ci ilin yazında şirkət “Toyota Motor Corporation” tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif edilmişdir.
Son zamanlar mərkəz yeni təşəbbüs və innovasiyalar tətbiq etməklə seçilir. Rəsmi diler mütəmadi olaraq satış və servis xidmətində endirimlər təklif edir.
https://www.azadpress.az/xeberbloku