Media

Ana səhifə / Media

Hər şeyin təzəsi…

Uşaqlıq vaxtlarımda bizim həyətdə Vanya dayı yaşayırdı. Müharibə (1941-1945) əlili kimi ona «Zaparojets» avtomobili verilmişdi, elə həmən avtomobillə birlikdə Vanya dayı öz qarajında qocalmışdı. Nə vaxt həyətə çıxırdın, görürdün həmən qarajın qarşısında maşını söküb, nəyisə təmir edir. Bir dəfə ondan soruşdum, dünuyada ən yaxşı avtomobil hansıdır? Cavabı qısa oldu: «təzəsi»…


Çoxları deyəcək, indi başqa zəmanədir, xaricdən ucuz qiymətə işlənmiş «yumruöz», «panoram», «perekidka» və s. gətirmək olar… Hər kəs seçimini özü edir. Mən özüm heç zaman köhnə premium avtomobilə sahib olmaq istəməmişəm, bütün şəxsi avtomobillərim büdcə və orta seqmentdən olub, amma mütləq təzəsi… Gömrük rüsumları belə soyğunçu, bank kredit şərtləri isə ədalətsiz olmayan illərdə Jeep, Ford, Nissan avtomobilləri alıb, 3 ilə borclarımı çətinliklə olsa da bağlamışam. Təəssüf ki,  bu günki reallıqda bu mümkün olmazdı…


Məndən soruşurlar aylıq gəliri yüksək olmayan sadə vətəndaşlar hansı avtomobilləri və ən başlıcası necə əldə edə bilrələr. Səmimi deyəcəyəm, bəlkə də özüm bu sualın cavabını hazırda bilmirəm. Məhz buna görə sədrlik etdiyim Azrəbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) ölkəmizə yararsız, havanı zəhərləyən, təhlükəsizlik göstəriciləri sıfıra bərabər olan nəqliyyat vasitələrinin daşınmasını məhdudlaşdırmaq, əvəzində yeni avtomobillərin idxalı üçün gömrük rüsumlarını, satışları üçün isə bank kediti şərtlərinin liberallaşdırılması istiqamətində araşdırmalar aparır, təkliflər hazırlayır, müvafiq hökümət qurumlarına müraciətlər edir. Təəssüflər olsun ki, bir şox hallarda müraciətlərimizə cavab olaraq, ümumi sözlərdən və hər kəsin bildiyi normativ aktların şərhindən ibarət olan cavablar alırıq, sanki hər gün avtomobil adı altında ölkəyə külli miqdarda metal qırıntılarının gətirildiyini heç bir rəsmi və məsul qurum etiraf etmək istəmir…


Xöşbətlikdən bütün çətinliklərə baxmayaraq, rəsmi avtomobil dilerləri müasir və təhlükəsiz avtomobillər təklif etməkdə israrlıdırlar. Hətta zaman-zaman öz daxili resursları hesabına sərfəli maliyyə sxemləri də fikirləşirlər ki, təzə avtomobillər əhalinin məhz elə aşağı və orta gəlirli təbəqəsi üçün maksimum dərəcədə real olsun. Məsələn bu günlərdə Skoda Rapid üçün rəsmi diler olduqca maraqlı satış şərtləri təklif edir, bu barədə sosial şəbəklərdə elanlara tez-tez rast gəlirik. Milli istahsalçımız «Azərmaş» da anlayaraq ki, «Khazar» avtomobillərindən tez-tez taksi fəaliyyəti ilə məşğul olmaq və və ailə dolandırmaq üçün istifadə olunur, uzun müddətdir əlverişli satış şərtləri təklif edir. 


O ki qaldı hazırda rəsmi salonlarda satılan ən büdcəli (hərçənd 20 mindən baha olan avtomobillərə büdcəli deməyə adamın dili də gəlmir) modellərə, deməiyəm 15 min manata qədər qiyməti olan təzə maşını heç axtarmağa dəyməz. Milli «Khazar» 14 min manata yaxın qiymətdən başlanır. Sonrakı təkliflər təxminən belədir: Lada Granta - 17 000, Nissan Kicks - 21 000, Renault Sandero - 24 000, FAW Bestune - 24 000, Skoda Rapid - 25 000, Lada Vesta  - 26 000, Hyundai Accent - 27 000, Volkswagen Polo - 29 000, Changan CS 15 - 29 000. Maraqlıdır ki, Çin brendləri arasında büdcəli avtomobil tapmaq getdikcə çətinləşir, bu da həməmn ölkənin istehsalçılarının durmadan premium seqmentə ekspansiya etmək niyyətlərindən xəbər verir… 


Yəqin məni şəxsən tanımayanlar düşünür ki, özüm köhnə alman premium avtomobili sürürəm və hazırda riyakarlkıqla məşğulam… Amma mən deməıiym uşaqlıqda Vanya dayıdan eşitdiyim sözlər qulağımda sırğa olubmuş. Ən yaxşı maşın - təzə maşındır. Mən Lada Vesta Cross sürürəm, lap təzəsini…


Natiq Zərbəliyev


Mənbə Avtosfer.az 


Son Xəbərlər