Auto Azərbaycan

Ana səhifə / Auto Azərbaycan

Hyundai

Şirkətin adı 
Auto Azerbaijan MMC
 
Təqdim etdiyi marka 
Hyundai Avtomobillərin Rəsmi Distributoru

Şirkət və marka haqqında qısa məlumat 
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda (Türkiyə) yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur. 
İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf  götürən şirkət "Hyundai" markasının ölkə üzrə 12 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.
"Auto Azərbaycan" bir şirkət olaraq bugünə kimi qazandığı biznes uğurları ilə Azərbaycan iqtisadiyyatına dəyər qatması və ölkənin ən mühüm sərvəti olan insan kapitalına dəyər verməsi ilə hər zaman qürur duyur!
 
Təqdim etdiyiniz xidmətlər 
Müştəri məmnuniyyəti "Auto Azərbaycan"ın bir biznes vahidi olaraq bazarda varlığını sürdürməsi üçün ehtiyac duyduğu ən önəmli faktor, ən prioritet məsələdir. Müştərilərin tələblərinə cavab verən keyfiyyətli avtomobillər və münasib satış şərtləri, beynəlxalq  standartlara uyğun salon və diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində xidmət göstərən peşəkar heyətin formalaşdırılması üçün müntəzəm təlimlərin keçirilməsi, mütəmadi həyata keçirilən satış və servis kampaniyaları, müxtəlif aksiyalar və s. bu kimi  fəaliyyətlərin sonunda şirkəti əldə olunması düşündürən tək bir hədəf varsa, o da məhz müştəri məmnuniyyətidir.


Ziya Bünyadov prospekti 118e, Bakı Azerbaycan

+994124902626

hyundai.az

office@hyundai.az


Son Xəbərlər