Cahan Motors MMC

Ana səhifə / Cahan Motors MMC

FAW

Müəssisə haqqında məlumat

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC şirkəti artıq 15 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir.  “Cahan Motors” MMC dünyanın ən çox tanınmış brendlərindən olan “Opel”, “FAW” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Bundan əlavə olaraq Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “Naz Lifan” brendinin də rəsmi nümayəndəsidir. Bu avtomobillər yüksək keyfiyyət, etibarlılıq, rahatlıq və müasir dizaynı özündə əks etdirir. 

Müəssisənin xidmət sahəsi haqqında məlumat

“Cahan Motors” MMC şirkəti sizə göstərilən məşhur avtomobil markalarının satışıservisi ilə bağlı bütün xidmətləri təklif edir. 2008-ci ildə açılmış, Babək prospekti 21/99 ünvanında yerləşən böyük və geniş, yeni “Cahan Morots” Mərkəzi korporativ standartların tələblərinə uyğun təşkil olunub. Onların hər biri müasir texnologiya ilə təchiz olunmuş servis mərkəzinə malikdir ki, bu da müştərilərə fərdi yanaşmanı və yüksək səviyyədə xidmət göstərilməsini təmin edir. Şirkətin mütəxəssislərinin zəngin təcrübəsi və peşəkarlığı sayəsində şirkət adı çəkilən avtomobil markasının satışı üzrə ölkəmizdə qabaqcıl yerdədir.

Xarici partnyorlar haqqında məlumat
“Cahan Motors” MMC şirkəti hal hazırda Almaniyanın avtomobil şirkəti olan “Opel” və Çinin avtomobil şirkəti olan “FAW” şirkəti ilə əməkdaşlıq edib onların Azərbaycan Respublikasında rəsmi nümayəndəliyidir. Bu şirkətlərin həm avtomobillərinin satışını, həm də servis xidmətlərini təqdim edirik.

Bakı şəh. Babək pr. 21/29

(+994) 12 310 00 85 / (+994) 55 258 55 45

fawazerbaijan.az


Son Xəbərlər